Bloq

Bloq yazısı, əgər deməyə sözün varsa, deməkdir… Yazılası mülahizələrin varsa, yazmaqdır… Həmkarlarla səmimi paylaşmaqdır, tənqiddən çəkinməməkdir, qarşı tərəfin fikirlərinə dəyər verməkdir.

ÜRƏKLƏR KİMİ GENİŞ SÜFRƏLƏR AÇILSA...

Süfrənin bir özəlliyi var. Bunu Ağsaçlı Şərqdə tarixin sübh çağlarında anlamışlar... İndi də yaşadırlar...

Nədən adverməyə bu qədər etinasızlıq var?

Bəri başdan deyim ki, bu sətirləri yazmaqda məqsədim kimisə tənqid etmək olmayıb. Maslou demişkən, elə ki əlinə çəkic götürürsən, ətrafda nə varsa, hamısı sənə mismarı xatırladır. İstəyim sadəcə mövzuya diqqəti cəlb etməkdir və fikir mübadiləsi üçün meydan açmaqdır. Söylədiklərim tənqidə yox, təklifə, şikayətə yox, arqumentə istiqamət almış olsaydı daha məqsədəuyğun olardı.

Teymur Məmmədov: 17 il əvvəl çəkilən klip uğurlu gizli reklam idi – Video

Facemark.az-ın “Marka tanıtımında və satış həcminin artırılmasında gizli reklamdan – “product placement1”dən necə istifadə etsək daha effektiv sonluq əldə edə bilərik?” sualına Adver.az və PamPam Kreativ Butikinin kreativ direktoru, tanınmış marketoloq, kopirayter, neyminq ustası, 150-ə yaxın şirkət və markaya adının, habelə 200-ə yaxın sloqanın yaradıcısı, “Sevgilim süz” mahnısının söz yazarı Teymur Məmmədov belə cavab vermişdir.